AÇG-nin 25 illiyi ilə bağlı kitab çap olunub

AÇG-nin 25 illiyi ilə bağlı kitab çap olunub BP və onun Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarındakı tərəfdaşları bu gün Azərbaycanın yeni neft dövrünün 25 illik tarixinin əsaslı tədqiqatını özündə əks etdirən kitabın təqdimatını keçirib.
Energetika
16 Dekabr , 2019 12:08
AÇG-nin 25 illiyi ilə bağlı kitab çap olunub

BP və onun "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarındakı tərəfdaşları bu gün Azərbaycanın yeni neft dövrünün 25 illik tarixinin əsaslı tədqiqatını özündə əks etdirən kitabın təqdimatını keçirib.

“Report”un məlumatına görə, bu kitab 1994-cü il tarixində "Əsrin müqaviləsi"nin imzalanmasının 25-ci ildönümü münasibət ilə dərc edilib və AÇG səhmdarlarının Azərbaycanın ən yeni tarixindəki bu əlamətdar hadisənin qeyd edilməsinə töhfədir.

Kitabın təqdimetmə mərasimində çıxış edən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, Azərbaycanın inkişafı “Əsrin müqaviləsi”nin imzalanmasından başlayıb. O qeyd edib ki bu ölkənin şəhər və qəsəbələri, kəndləri “Azəri-Çıraq Günəşli” yataqlarından hasil edilən və dünya bazarlarına çıxarılan neft hesabına günü-gündən çiçəklənir və inkişaf edir.

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə bildirib ki, bu kitab AÇG yataqları haqqında etibarlı informasiya mənbəyi kimi xidmət edəcək: "Ötən 25 il ərzində AÇG haqqında məlumatlar Azərbaycanda və Azərbaycandan kənarda dərc edilmiş neft sənayesi ilə bağlı demək olar ki, bütün nəşrlərdə öz əksini tapıb. Amma ilk dəfədir ki, bu möhtəşəm uğur hekayəsinin bütün aspektləri bir kitabda toplanıb".

Daha sonra kitabın müəllifi İlham Şaban çıxış edərək kitabın ərsəyə gəlməsi tarixdən geniş danışıb. O bildirib ki, bu kitabda AÇG-nin 25 illik tarixini qısa və ətraflı əhatə etməyə çalışıb.

Qeyd edək ki, kitab 500 nüsxədə dərc edilib və bu nüsxələrin hamısı universitetlərə, tədqiqatçılara, kitabxanalara və biznes icmasının üzvlərinə təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi