AÇG layihəsinə 415 mln. dollar xərclənib

AÇG layihəsinə 415 mln. dollar xərclənib Sərf olunan vəsaitin təqribən 111 mln. dolları əməliyyat, 304 mln. dolları əsaslı xərclər olub
Energetika
10 May , 2017 15:31
AÇG layihəsinə 415 mln. dollar xərclənib

Bakı. 10 may. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinə 415 mln. ABŞ dolları sərf olunub.

“Report” yataqlar blokunun operatoru olan “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, hesabat dövründə layihəyə sərf olunan vəsaitin təqribən 111 mln. dolları əməliyyat, 304 mln. dolları isə əsaslı məsrəflərə aid olub.

Bu ilin I rübündə AÇG-yə çəkilən əməliyyat xərclərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19%, əsaslı xərclərin həcmi isə 23% azalıb.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Bu yataqlar blokunun əməliyyatçısı isə ABƏŞ adından çıxış edən BP şirkətidir.

AÇG-də BP (operator - 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi