Bakı.3 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 1,62 mlrd. ABŞ dolları məbləğində vəsait daxil olub.
Bu barədə "Report"a Fonddan bildirilib.
Məlumatda deyilir ki, adı çəkilən layihə üzrə 2001-ci ildən bu il aprelin 1-nə qədər ARDNF-ə daxilolmaların həcmi isə 123,729 mlrd. dollar təşkil edib.