AÇG-dən ümumilikdə 412 mln. ton neft hasil edilib

AÇG-dən ümumilikdə 412 mln. ton neft hasil edilib X.Yusifzadə qeyd edib ki, indidən dünya bazarında Azərbaycanın payına düşən 229 mln.ton mənfəət nefti satılıb
Energetika
3 Noyabr , 2016 11:49
AÇG-dən ümumilikdə 412 mln. ton neft hasil edilib

Bakı. 3 noyabr.REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri, Çıraq və Dərinsulu Günəşli" (AÇG) yataqlar blokundan işləmənin əvvəlindən indiyədək ümumilikdə 412 mln. ton neft hasil edilib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.

X.Yusifzadə qeyd edib ki, indiyədək dünya bazarında Azərbaycanın payına düşən 229 mln.ton mənfəət nefti satılıb: "Mənfəət neftinin həcmi ilbəil artır".

SOCAR rəsmisi qeyd edib ki, əgər indiyədək mövcud nəqletmə marşrutları ilə 440 mln ton neft xarici bazarlara çıxarılıbsa, onun 310 mln.tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib.

Son xəbərlər

Orphus sistemi