Azəri-Çıraq-Günəşlidə hasilat artıb

Azəri-Çıraq-Günəşlidə hasilat artıb Layihəyə məsrəflər ötən ilin eyni dövrü ilə müqayisədə azalıb
Energetika
13 May , 2015 18:32
Azəri-Çıraq-Günəşlidə hasilat artıb

Bakı. 13 may. REPORT.AZ/ 2015-ci ilin birinci rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinə təqribən 160 milyon dollar əməliyyat məsrəfləri və 470 milyondollar əsaslı məsrəflər xərclənib.

"Report"un BP-nin yaydığı hesabata əsasən verdiyi xəbərə görə, məsrəflərdə ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalma müşahidə olunub. Belə ki, 2014-cü ilin birinci rübü ərzində AÇG layihəsinə $216 milyon əməliyyat məsrəfləri və $692 milyon əsaslı məsrəflər xərclənib.

Həmçinin hesabatda deyilir ki, cari ilin birinci rübündə AÇG-də stabil hasilat davam edib. Rüb ərzində AÇG-dən ümumi hasilat – Çıraq (54 000), Mərkəzi Azəri (159 000), Qərbi Azəri (129 000), Şərqi Azəri (71 000), Dərinsulu Günəşli (149 000) və Qərbi Çıraq (99 000) platformalarından birlikdə – gündə orta hesabla 661 000 barel (b/g) və ya ümumilikdə 59 milyon barel(ötən ilin eyni dövrü ilə müqayisədə 1,72% çox), yəni təqribən 8 milyon ton təşkil edib. Birinci rüb ərzində Qərbi Çıraq gündəlik hasilatı yüksəltməyə davam edib və hazırkı 116 000 barel səviyyəsinə çatdırıb.

Qeyd edək ki, ötən ilin birinci rübü ərzində AÇG-dən ümumi hasilat – Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Dərinsulu Günəşli və Qərbi Çıraq platformalarından birlikdə – gündə orta hesabla 645 800 barel (b/g) (və ya ümumilikdə 58 milyon barel, yəni təqribən 8 milyon ton) təşkil edib.

AÇG-də BP (operator – 35,8%), SOCAR(11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%) iştirak payına sahibdir. 

Son xəbərlər

Orphus sistemi