AÇG-dən bu vaxta qədər 3,5 mlrd. barel neft hasil olunub

AÇG-dən bu vaxta qədər 3,5 mlrd. barel neft hasil olunub Bakı. 19 oktyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan bu vaxta qədər 3,5 mlrd. barel neft hasil olunub.
Energetika
19 Oktyabr , 2018 11:45
AÇG-dən bu vaxta qədər 3,5 mlrd. barel neft hasil olunub

Bakı. 19 oktyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan bu vaxta qədər 3,5 mlrd. barel neft hasil olunub.

“Report” xəbər verir ki, bunu “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən III İAEE "Xəzər və Mərkəzi Asiya Regionunda Enerji Sektorunda Qlobal Dəyişikliklərin təsiri" konfransında bildirib.

Onun sözlərinə görə, indiyədək AÇG-dən, həmçinin ümumilikdə 30 mlrd. kubmetrdən çox səmt qazı Azərbaycan hökumətinə təhvil verilib.

Aqşin Rafiqoğlu

Son xəbərlər

Orphus sistemi