AÇG-dən 9 ayda hasilat artıb

AÇG-dən 9 ayda hasilat artıb Bakı. 21 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan gündə orta hesabla 588 min barel və ya ümumilikdə, təqribən, 161 mln. barel, yəni 22 mln. ton neft hasil olunub.
Energetika
21 Noyabr , 2018 12:31
AÇG-dən 9 ayda hasilat artıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan gündə orta hesabla 588 min barel və ya ümumilikdə, təqribən, 161 mln. barel, yəni 22 mln. ton neft hasil olunub.

“Report” xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib.

Bu ilin 9 ayında yataqlar blokundan hasilatın həcmi ötən ilin müvafiq dövründən 0,63% çox olub.

Qeyd edilib ki, 2018-ci ilin üç rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. 9 ay üçün “Çıraq” platformasından 47 min barel, “Mərkəzi Azəri” platformasından 156 min barel, “Qərbi Azəri” platformasından 126 min barel, “Şərqi Azəri” platformasında 97 min barel, “Dərinsulu Günəşli” platformasından 105 min barel və “Qərbi Çıraq” platformasından 57 min barel hasilat olub.

Məlumata görə, sentyabr ayının sonunda AÇG-də ümumilikdə 112 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub.

Üç rüb ərzində AÇG-də 8 neft hasilat quyusu və 3 su injektor quyusu qazılıb.

Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.

2017-ci ilin sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

Layihədə pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" (keçmiş "Statoil") - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%. 

Son xəbərlər

Orphus sistemi