Yuxarı

AÇG-dən 287 milyon ton mənfəət nefti satılıb

AÇG-dən 287 milyon ton mənfəət nefti satılıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku istifadəyə verilən gündən (1997-ci il) bu günə qədər ümumilikdə 492 milyon ton neft hasil edilib.

“Report”un məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Əsrin Müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda keçirilən "dəyirmi masa" zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hasil edilən neftin 287 milyon tonunu Azərbaycanın mənfəət nefti təşkil edib.

X. Yusifzadə bildirib ki, bu ilin yanvar-avqust ayları ərzində AÇG-dən 18 milyon ton neft hasil edilib. Bu neftin 13 milyon tonu Azərbaycanın mənfəət neftidir. Bu da bu yataqlar blokundan hasil edilən ümumi neftin 75%-ni təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi