AÇG-də indiyədək hasil olunan neftin həcmi açıqlanıb

AÇG-də indiyədək hasil olunan neftin həcmi açıqlanıb Bu il Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60%-ə çatacaq
Energetika
22 Avqust , 2016 10:35
AÇG-də indiyədək hasil olunan neftin həcmi açıqlanıb

Bakı. 22 avqust. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri, Çıraq və Dərinsulu Günəşli" (AÇG) yataqlar blokundan işləmənin əvvəlindən indiyədək ümumilikdə 404,1 mln. ton neft hasil edilib. 

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib. 

X.Yusifzadə qeyd edib ki, bu həcmin 224 mln. tonu Azərbaycanın payına düşən mənfəət neftidir: "Mənfəət neftinin həcmi ilbəil artır. Bu il Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60%-ə çatacaq". 

X.Yusifzadə həmçinin bildirib ki, işlənmənin əvvəlindən indiyədək AÇG yataqlar blokundan 123 mlrd. kubmetr qaz hasil olunub. Onun sözlərinə görə, yataqlar blokundan aylıq neft hasilatı 2,8 mln. ton neft, qaz hasilatı isə 1,1 mlrd. kubmetr təşkil edib.

SOCAR rəsmisi qeyd edib ki, indiyədək Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 300 mln. ton neft nəql edilib.

Son xəbərlər

Orphus sistemi