Bu gün və sabah Abşeronun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək

Bu gün və sabah Abşeronun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək Bakı. 14 yanvar REPORT.AZ/ Bu gün və sabah Abşeron rayonunun Qurd Dərəsi, Sarıqaya, Fatmayı, Novxanı, Görədil bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.
Energetika
14 Yanvar , 2019 14:46
Bu gün və sabah Abşeronun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək

Bakı. 14 yanvar REPORT.AZ/ Bu gün və sabah Abşeron rayonunun Qurd Dərəsi, Sarıqaya, Fatmayı, Novxanı, Görədil bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq. 

Bu barədə “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. 

Onun sözlərinə görə, fasilə Bağlar Enerji Təchizati və Satiş İdarəsinin (ETSİ) xidmət ərazisindəki 110/35/6 kV-luq 136 saylı y/st-ya gələn 110 kV-luq EVX-də aparılan yenidənqurma işləri ilə əlaqədardır. 

"Azərişıq" yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyib. 

Qeyd edək ki, sözügedən ərazilərdə yanvarın 9-da da eyni səbəbdən elektrik enerjisinin verilişində fasilə yaranmışdı. 

Son xəbərlər

Orphus sistemi