"Abşeron" yatağının operatorluğu II rübdə JOCAP-a həvalə olunacaq

"Abşeron" yatağının operatorluğu II rübdə JOCAP-a həvalə olunacaq Bakı. 20 fevral. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən Abşeron qaz-kondensat yatağının operatorluğu bu ilin II rübündə Total EP Absheron B.V.-dən (TEPab) Abşeron Neft Birgə İstismar Şirkətinə (JOCAP) həvalə olunacaq.
Energetika
20 Fevral , 2018 15:15
Abşeron yatağının operatorluğu II rübdə JOCAP-a həvalə olunacaq

Bakı. 20 fevral. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağının operatorluğu bu ilin II rübündə "Total E&P Absheron B.V."-dən (TEPab) "Abşeron Neft" Birgə İstismar Şirkətinə (JOCAP) həvalə olunacaq.

“Report” xəbər verir ki, bu barədə "Abşeron" yatağının işlənməsinin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsi (ƏMSSTQ) üzrə ictimai dinləmələrdə qeyd olunub.

JOCAP-da SOCAR-ın payı 50%, "Total"ın payı 50% təşkil edəcək. JOCAP hazırkı sənəddən irəli gələrək "TEPab"ın ətraf mühitə dair öhdəlik və vəzifələrini öz üzərinə götürəcək.

Qeyd edək ki, ictimai dinləmələri layihənin operatoru “Total E&P Absheron B.V.” şirkəti keçirir.

"Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir.

“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50%) şirkətləridir.

Son xəbərlər

Orphus sistemi