Bakı. 14 sentyabr. REPORT.AZ/ Fransanın "Total" şirkəti
Onun sözlərinə görə, layihə üzrə yekun investisiya qərarı 2017-ci ildə qəbul ediləcək.
Qeyd edək ki, “Abşeron” yatağının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə müqavilə 2009-cu ilin fevralında imzalanıb. Müqaviləyə əsasən, SOCAR və "Total"in hər biri layihədə 40%, "GDF Suez" şirkəti isə 20% paya malikdir.
R.Abdullayev, həmçinin "Ümid" yatağından da danışaraq qeyd edib ki, strukturda aparılan qazma işləri davam etdirilir: "Tender elan olunub və təkliflərə baxırıq. Düzdür, qiymətlər düşdüyündən, əsas şirkətlər istəkli deyil. Bu təbiidir və biz tələsmirik. "Ümid" yatağında dördüncü quyunu qazmağa başlamışıq və neft-qaz istehsalı davam edir".
Qeyd edək ki, “Ümid” yatağı "SOCAR-Ümid" birgə şirkəti tərəfindən 2010-cu ildə kəşf edilib. Yatağın ümumi ehtiyatı 200 mlrd. kubmetr qaz və 30 mln. ton kondensat həcmində qiymətləndirilir.
SOCAR “Ümid-Babək” yataqlar blokunun kəşfiyyatı və işlənməsi üçün 2014-cü ilin yazında tender elan edib.