Yuxarı

​"Abşeron" yatağının işlənməsi üzrə inkişaf proqramı hazırlanır

Proqram sentyabr ayında Azərbaycan tərəfinə təqdim olunacaq

Bakı. 4 iyun. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağının işlənməsi üzrə inkişaf proqramı hazırlanır və bu proqram bu ilin sentyabr ayında Azərbaycan tərəfinə təqdim olunacaq. "Report" xəbər verir ki, bu barədə "Total" şirkətinin Abşeron yatağının işlənməsi üzrə birgə müəssisə və inkişaf proqramı üzrə direktoru Erik Meyer məlumat verib. 

Onun sözlərinə görə, inkişaf proqramını təqdim etmək üçün seçilmiş inkişaf sxemi üzərində iş aparılır: "İlkin layihələndirmə işlərini görmüşük və 2015-ci ilin ortalarına kimi ümumu paket hazır olacaq. Sentyabr ayında böyük ehtimalla inkişaf proqramı təqdim olunacaq".

Bundan başqa, o, 2017-ci ilin sonunda investisiya ilə bağlı qərar qəbul olunacağını bildirib. Onun sözlərinə görə, "Abşeron" yatağından ilk qaz 2021-ci ildə hasil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi