Yuxarı

"Abşeron" yatağında 2020-ci ilin əvvəlinə kimi hasilatın başlanması gözlənilir

"Abşeron" yatağında 2020-ci ilin əvvəlinə kimi hasilatın başlanması gözlənilir
Layihənin operatoru “Total E&P Absheron B.V.” şirkəti Bakıda ictimai dinləmələr keçirir

Bakı. 20 fevral. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağında hasilatın 2020-ci ilin əvvəlinə kimi başlanması planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə "Abşeron" yatağının işlənməsinin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsi (ƏMSSTQ) üzrə ictimai dinləmələrdə qeyd olunub.

Yatağın işlənməsinin I mərhələsində gündəlik 4,3 mln. kubmetr qaz, 12 min barel kondensat hasilatı nəzərdə tutulur.

"Abşeron" yatağından ilk faza çərçivəsində ildə 1,5 mlrd. kubmetr, 2022-2023-cu illərdə isə ikinci faza üzrə 5 mlrd. kubmetr qaz hasilatı gözlənilir.

Qeyd edək ki, ictimai dinləmələri layihənin operatoru “Total E&P Absheron B.V.” şirkəti keçirir.

"Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir.

“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50%) şirkətləridir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi