"Abşeron" yatağı üzrə yekun müqavilələr gələn il imzalanacaq

"Abşeron" yatağı üzrə yekun müqavilələr gələn il imzalanacaq Yataqdan ilk qazın 2019-cu ilin sonunda, 2020-ci ilin əvvəlində hasil olunması gözlənilir
Energetika
1 Noyabr , 2017 12:49
Abşeron yatağı üzrə yekun müqavilələr gələn il imzalanacaq
"Total E&P Azerbaijan" şirkətinin icraçı direktoru Denis Lemarşal / Report/Firi Salim

Bakı. 1 noyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz kondensat yatağı üzrə yekun müqavilələrin 2018-ci ilin I rübündə imzalanacağı gözlənilir.

"Report" xəbər verir ki, bunu yatağın operatoru olan "Total E&P Azerbaijan" şirkətinin icraçı direktoru Denis Lemarşal bildirib.

O qeyd edib ki, ilk quyunun qazılmasına gələn ilin yanvar ayında başlanılacaq: "Qazma işləri 15 ay davam edəcək.Sualtı hasilat sistemi üzrə müqavilə artıq imzalanıb. FEED (Front End Engineering) davam edir və son müqavilələr 2018-ci ilin mart ayından öncə imzalanacaq".

O əlavə edib ki, yataqdan ilk qazın 2019-cu ilin sonunda, 2020-ci ilin əvvəlində hasil olunması gözlənilir.

Son xəbərlər

Orphus sistemi