Gələn il "Dayazsulu Abşeron"da iki quyu qazılması planlaşdırılır

Gələn il "Dayazsulu Abşeron"da iki quyu qazılması planlaşdırılır Gələn il Abşeron yarımadasının dayazsulu hissəsində iki kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.
Energetika
18 Dekabr , 2019 17:55
Gələn il Dayazsulu Abşeronda iki quyu qazılması planlaşdırılır

Gələn il Abşeron yarımadasının dayazsulu hissəsində iki kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Qeyd edək ki, BP-nin doqquz aylıq hesabatında burada birinci quyunun qazılması işlərinin 2020-ci ilin birinci yarısında başlanmasının planlaşdırıldığı qeyd edilmişdi.

Xatırladaq ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Müqavilə sahəsi 1 900 kv. km sahəni əhatə edir.

Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən perspektiv strukturlarda neft ehtiyatlarının olduğu ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi