Yuxarı
    Bağlamaq

    Abşeron yarımadasının dayazsulu hissəsi layihəsinin ətraf mühit və sosial sahəyə təsiri ilə bağlı sənəd hazırlanıb

    Sənədlə tanış olmaq, həmçinin rəy və təklifləri bildirmək məqsədilə ictimaiyyətə təqdim olunub

    Bakı. 16 yanvar. REPORT.AZ/ Abşeron yarımadasının dayazsulu hissəsi layihəsi üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi hazırlanıb.

    "Report" xəbər verir ki, layihənin operatoru "BP-Azerbaijan" şirkəti bununla bağlı rəsmi qəzetdə elan yerləşdirib. 

    Sənədlə tanış olmaq, həmçinin rəy və təklifləri bildirmək məqsədilə ictimaiyyətə təqdim olunub. Sənəddə layihənin ətraf mühitə və sosial sahəyə potensial təsirləri araşdırılıb və bu təsirləri azaltmaq üçün tövsiyə olunan tədbirlər təsvir olunub.

    ƏMSSTQ sənədi və ona əlavə olunan qısa xülasə Azərbaycan və ingilis dillərində hazırlanıb.

    Sənədlərin nüsxələri yanvarın 15-dən etibarən ictimaiyyətin tanış olması üçün Bakı və Bakıətrafı ərazilərdə müəyyən ünvanlarda yerləşdirilib.

    BP şirkəti rəy və təkliflərin fevral ayının sonuna kimi təqdim olunmasını xahiş edib.

    Şirkətin elanında qeyd olunub ki, əsaslı təkliflər diqqətlə nəzərdən keçiriləcək və mümkün olduğu qədər nəzərə alınacaq. 

    Qeyd edək ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Bu saziş Azərbaycan hökumətinin Xəzərin milli sektorundakı bütün dəniz ərazilərinin tam tədqiq olunması ilə bağlı planının bir hissəsidir. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Bu sahədə suyun dərinliyi 40 metrədək dəyişir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi