Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Fövqəladə Hallar Nazirliyi və ''Azərenerji'' mütəxəssislərinin birgə səyləri və görülmüş operativ tədbirlər nəticəsində Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən 1000 mm-lik magistral qaz kəmərində baş vermiş yanğın söndürülüb.
"Report" SOCAR-a istinadən xəbər verir ki, qəza baş vermiş xətdə təmir bərpa işlərinə başlanılıb, Abşeron yarımadasına qazın verilməsi alternativ qaz xətti ilə bərpa olunub.