Yuxarı

​Abşeron və Siyəzən magistral qaz kəmərləri sahələrində təmir aparılacaq

Qaradağ rayonunun Korgöz və Qızıldaş qəsəbələri, habelə Siyəzən və Xızı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 10 sentyabr. REPORT.AZ/ Sabah saat 10:00-dan 18:00-dək SOCAR-ın Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Puta” və Siyəzən magistral qaz kəmərləri sahəsinin “Şurabad” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir müddətində Qaradağ rayonunun Korgöz və Qızıldaş qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Siyəzən və Xızı rayonlarının qaz təchizatına da təsir göstərməsi mümkündür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi