​Abşeron və Siyəzən magistral qaz kəmərlərində təmir işləri aparılacaq

​Abşeron və Siyəzən magistral qaz kəmərlərində təmir işləri aparılacaq Aparılan işlərin Quba rayonunun qaz təchizatına təsir göstərməsi mümkündür
Energetika
4 Avqust , 2015 17:36
​Abşeron və Siyəzən magistral qaz kəmərlərində təmir işləri aparılacaq

Bakı. 4 avqust. REPORT.AZ/ Avqustun 5-də saat 10:00-dan 18:00-dək Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan, eləcə də Pirallahı rayonunun Zirə qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məhdudiyyətlər Qaz ixrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Şimal DRES”, “Zirə-3”, “Dübəndi sobaları” və “28 May”, eləcə də Siyəzən magistral qaz kəmərləri sahəsinin “Quba” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında aparılacaq carı təmir işləri ilə əlaqədardır.

Aparılan işlərin Quba rayonunun qaz təchizatına da təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi