​Abşeron və Qazax magistral qaz kəmərlərində təmir işləri aparılacaq

​Abşeron və Qazax magistral qaz kəmərlərində təmir işləri aparılacaq Təmir işlərinin Qaradağ rayonu Sahil qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür
Energetika
26 Avqust , 2015 17:17
​Abşeron və Qazax magistral qaz kəmərlərində təmir işləri aparılacaq

Bakı. 26 avqust. REPORT.AZ/ Avqustun 27-də saat 10:00-dan 18:00-dək Samux rayonunun Nəbiağalı, Zazalı və Ağasıbəyli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudiyyətlər Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin Qaradağ-Duvannı qaz kəmərində və Qazax magistral qaz kəmərləri sahəsinin “Samux” (Nəbiağalı), ''Zazalı'' və ''Ağasıbəyli'' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılacaq cari təmir işləri ilə əlaqədardır.

Aparılan işlərin Qaradağ rayonu Sahil qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi