Abşeron və Hacıqabul magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

Abşeron və Hacıqabul magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq Bir neçə ərazinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
20 Dekabr , 2016 17:46
Abşeron və Hacıqabul magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

Bakı. 20 dekabr. REPORT.AZ/ Dekabrın 21-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-2”, saat 10:00-dan 15:00-dək Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Padar” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

“Report” SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində saat 10:00-dan 15:00-dək Ağsu rayonunun Padar, Kəlağaylı, Nəmilli və Binəcik kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin saat 10:00-dan 18:00-dək olan müddət ərzində Bakı şəhəri Xəzər rayonun Türkan qəsəbəsinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. 

Son xəbərlər

Orphus sistemi