“Abşeron” və “Hacıqabul” magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

“Abşeron” və “Hacıqabul” magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq Bir neçə ərazinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
5 Sentyabr , 2016 16:32
“Abşeron” və “Hacıqabul” magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

Bakı. 5 sentyabr. REPORT.AZ/ Sentyabrın 6-də saat 09:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin “Abşeron” magistral qaz kəmərləri sahəsinin “Alatava”, “Hacıqabul” magistral qaz kəmərləri sahəsinin “Qarasu” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Hacıqabul rayonunun Talış, Qarasu və Abdulabad kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Nəsimi, Binəqədi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi