Yuxarı
    Bağlamaq

    ​Abşeron və Astara magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

    Masallı və Xətai rayonunun bir hissəsinin qaz təchizatında məhdudiyyət olacaq

    Bakı. 16 avqust. REPORT.AZ/ Avqustun 17-də saat 12:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Keşlə” və Astara magistral qaz kəmərləri sahəsinin “Tüklə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

    "Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Masallı rayonunun Tüklə, Zövlə, Boradigah və Bəndəlan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xətai rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi