Abşeron və Astara magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

Abşeron və Astara magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq Təmir işlərinin bir neçə ərazinin qaz təchizatına təsir etməsi mümkündür
Energetika
5 May , 2016 15:58
Abşeron və Astara magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

Bakı. 5 may. REPORT.AZ/ Mayın 6-da saat 10:00-dan 20:00-a qədər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Puta”, “Qobu”, “Müşfiqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan”, Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, “Qaracalar”, ''Azadkənd'', “Otuzikilər” və “Əlillər” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Sabirabad rayonunun Azadkənd kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Abşeron rayonunun Qızıldaş, Güzdək, Müşfiqabad, Ceyranbatan, Qobu, Hökməli, Sulutəpə, Xırdalan və Pirəküşkül qəsəbələrinin, həmçinin İmişli və Saatlı rayonlarının bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi