Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq Bir neçə ərazinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
23 fevral 2016 12:24
Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

Bakı. 23 fevral. REPORT.AZ/ Fevralın 24-də saat 09:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Masazır”, saat 09:00-dan 13:00-dək isə Ağdaş magistral qaz kəmərləri sahəsinin “Xaldan” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir işləri aparılan müddətdə Abşeron rayonunun Masazır qəsəbəsinin, həmçinin Yevlax rayonunun Xaldan və Qarxun, Ağdaş rayonunun Qəribli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Son xəbərlər

Orphus sistemi