Abşeron, Siyəzən və Ağdaş magistral qaz kəmərlərində təmir aparılacaq

Abşeron, Siyəzən və Ağdaş magistral qaz kəmərlərində təmir aparılacaq Aparılan işlərin Bakının Xətai rayonu və Göyçay şəhərinin qaz təchizatına təsir göstərməsi mümkündür
Energetika
6 Oktyabr , 2016 17:40
Abşeron, Siyəzən və Ağdaş magistral qaz kəmərlərində təmir aparılacaq

Bakı. 6 oktyabr. REPORT.AZ/ Oktyabrın 7-də saat 10:00-dan 18:00-dək Siyəzən rayonun Zarat, Çandahar və Qara-Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məhdudiyyətlər Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Əhmədli”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Zarat”, “Çandahar”, “Qara Siyəzən”, “Giləzi kərpic zavodu'', “Hacılar MMC”, “MMZ quşçuluq”, “Beşdam”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Göyçay-2” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri ilə əlaqədardır.

Aparılan işlərin Bakı şəhəri Xətai rayonun və Göyçay şəhərinin də bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi