Bakı. 5 dekabr. REPORT.AZ/ "Dekabrın 6-7-də Abşeron rayonunun Məhəmmədi qəsəbəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq".
Bunu “Report”a “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayev fasiləni Bağlar Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisinə daxil olan Məhəmmədi qəsəbəsində yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə 35/10 kV-luq “Məhəmmədi” y/st-ı ilə yeni xətlərin əlaqələndirilməsi ilə izah edib.
"Azərişıq" rəsmisi yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyib.