Yuxarı

Abşeron magistral qaz kəmərlərində təmir aparılacaq

Bunun Xəzər rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür

Bakı. 26 noyabr. REPORT.AZ/ Noyabrın 27-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Albalı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işlərinin Bakının Xəzər rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi