Yuxarı

​Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq

Təmir müddətində aparılan işlərin Sabunçu qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür

Bakı. 20 avqust. REPORT.AZ/ Sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Böyükşor” və “Sabunçu ümumi” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Təmir müddətində aparılan işlərin Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi