Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq Təmir işləri iki qəsəbənin qaz təchizatına təsir göstərə bilər
Energetika
3 Dekabr , 2015 16:32
Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bakı. 3 dekabr. REPORT.AZ/ Dekabrın 4-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-1”, “Türkan-2” və “Mərdəkan bağları” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-ın mətbuat ximətinə istinadən xəbər verir ki, təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Türkan və Mərdəkan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi