Bakı. 18 yanvar. REPORT.AZ/ Yanvarın 19-da saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin balansında olan “Pirallahı-Qala” qaz kəmərinin müəyyən hissəsində təmir işləri aparılacaq.
"Report" şirkətə istinadən xəbər verir ki, təmir müddətində Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Pirallahı rayonunun Pirallahı qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.