​Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

​Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq Bəzi ərazilərə qaz verilişində məhdudiyyət olacaq
Energetika
12 Oktyabr , 2015 17:49
​Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bakı. 12 oktyabr. REPORT.AZ/ Sabah saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Əhmədli”, “Mehdiabad” və “Novxanı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında təmir işləri aparılacaq.

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, təmir müddətində Abşeron rayonunun Mehdiabad və Novxanı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakının Xətai rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Son xəbərlər

Orphus sistemi