​Abşeron, Hacıqabul və Qazax magistral qaz kəmərləri sahələrində təmir aparılacaq

​Abşeron, Hacıqabul və Qazax magistral qaz kəmərləri sahələrində təmir aparılacaq Təmir müddətində bəzi ərazilərin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
4 Avqust , 2016 17:12
​Abşeron, Hacıqabul və Qazax magistral qaz kəmərləri sahələrində təmir aparılacaq

Bakı. 4 avqust. REPORT.AZ/ Avqustun 5-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz ixrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zirə-Şimal DRES” qaz kəmərinin 11-ci kilometrliyində, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Şirvan” və Qazax magistral qaz kəmərləri sahəsinin “Bayramlı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Şirvan rayonunun Hacıqəhramanlı və Şəki rayonunun Bayramlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Şüvəlan, Sahil və Mərdəkan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi