​ Abşeron, Hacıqabul və Ağdaş magistral qaz kəmərlərində təmir aparılacaq

​ Abşeron, Hacıqabul və Ağdaş magistral qaz kəmərlərində təmir aparılacaq Bir neçə rayona qaz verilişində məhdudiyyətlər olacaq
Energetika
12 Noyabr , 2015 17:28
​ Abşeron, Hacıqabul və Ağdaş magistral qaz kəmərlərində təmir aparılacaq

Bakı. 12 noyabr. REPORT.AZ/ Noyabrın 13-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz ixrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Xaşaxuna" və “Zeytun”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Padar”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Yaqublu”, “Makov” və “Oğuz” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir müddətində Ağsu rayonunun Padar, Külüllü, Kürsulu, Nəmirli və Bənəcik, Şəki rayonunun Turan qəsəbəsi, Zaqatala rayonunun Danaçı və Nazıxgöyəm kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan, Qala və Xaşaxuna bağları qəsəbələrinin, o cümlədən, Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi