ABŞ Yunanıstan hökümətini TAP-ı seçməyə çağırıb

ABŞ Yunanıstan hökümətini TAP-ı seçməyə çağırıb "Azərbaycanın dəstəklədiyi enerji layihələri bütün paramertlər üzrə enerju təhlükəsizliyini təmin edir"
Energetika
8 May , 2015 21:41
ABŞ Yunanıstan hökümətini TAP-ı seçməyə çağırıb

Bakı. 8 May. REPORT.AZ/ Afinada səfərdə olan olan ABŞ-ın enerji məsələləri üzrə xüsusi nümayəndəsi Eymos Hokştein, Yunanıstan hökümətini Transadriatik (TAP) qaz boru kəməri layihəsinin icrasını sürətləndirməyə çağırıb.

"Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, E.Hokştein bildirib ki, rəsmi Afina Rusiyanın dəstəklədiyi "Türk axını" kəməri layihəsinın yerinə, TAP-ı seçməlidir.

Onun sözlərinə görə, Rusiya Avropa bazarında iri enerji təhcizatçısı hesab olunsa da, Yunanıstan öz enerji bazarının diversifikasıyası məsələsinə ciddi fikir verməlidir.

"Bu baxımdan, Azərbaycanın dəstəklədiyi enerji layihələri bütün paramertlər üzrə enerji təhlükəsizliyini təmin edir", - deyə ABŞ rəsmisi vurğulayıb.

Qeyd edək ki, uzunluğu 870 km olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşərək, Yunanıstan və Albaniya ərazilərindən, Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq.

Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunacaq təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaq.

Son xəbərlər

Orphus sistemi