ABŞ yaxın 5 ildə maye qaz ixracını 4 dəfə artıracaq

ABŞ yaxın 5 ildə maye qaz ixracını 4 dəfə artıracaq Bakı. 9 mart. REPORT.AZ/ ABŞ yaxın 5 il ildə mayeləşdirilmiş təbii qaz (LNG) ixracını 4 dəfə artırmağı planlaşdırır. 
Energetika
9 Mart , 2018 12:08
ABŞ yaxın 5 ildə maye qaz ixracını 4 dəfə artıracaq

Bakı. 9 mart. REPORT.AZ/ ABŞ yaxın 5 il ildə mayeləşdirilmiş təbii qaz (LNG) ixracını 4 dəfə artırmağı planlaşdırır. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Assosiasiyasının icraçı direktoru Barri Uortinqton (Barry Worthington) Hyustonda keçirilən "CERAWeek" beynəlxaql neft-qaz konfransında məlumat verib. 

"İxrac artmağa davam edir. Yaxın 5 ildə həcmi əhəmiyyətli dərəcədə artıracayıq. LNG ixracı 4 dəfə artacaq", - o qeyd edib. 

Bununla yanaşı, assosiasiya rəhbəri bildirib ki, hazırda ABŞ-da 2 ixrac terminalı fəaliyyət göstərir. Daha 5-6 terminalın tikilməsi gözlənilir. Yaxın zamanlarda "Cheniere Energy" və "ExxonMobil" şirkətlərinin terminalları işə düşəcək.

Son xəbərlər

Orphus sistemi