ABŞ Venesuelaya qarşı sanksiyaları bir qədər də artıracaq

ABŞ Venesuelaya qarşı sanksiyaları bir qədər də artıracaq ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Venesuelaya qarşı sanksiya siyahısına 50-ə yaxın tankeri də salmağı planlaşdırır.
Energetika
9 İyun , 2020 19:52
ABŞ Venesuelaya qarşı sanksiyaları bir qədər də artıracaq

ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Venesuelaya qarşı sanksiya siyahısına 50-ə yaxın tankeri də salmağı planlaşdırır. 

“Report” bu barədə “Wall Street Journal” nəşrinə istinadən xəbər verir. 

Məlumata görə, həmin gəmilərin Venesuelaya neft məhsullarının daşınmasında istifadə olunduğu güman edilir. Onlar Yunanıstanda qeydiyyatdan keçmiş “Dynacom Tankers Management Ltd” və “NGM Energy SA” şirkətləri, həmçinin tanınmış kolumbiyalı iş adamı Aleks Saabdır. Venesuela prezidenti Nikolas Maduronun ailəsi ilə bağlantıları olan A.Saab bundan əvvəl çirkli pulların yuyulmasında şübhəli bilinərək ABŞ-ın sanksiya siyahısına salınmışdı.

ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərin İrandan Venesuelaya neft tədarükünü xeyli azaltdığı deyilir. Belə ki, İrana dair xüsusi nümayəndə Brayan Huk tətbiq etdikləri sanksiyaların azı 150 ədəd İran tankerini əhatə etdiyini açıqlamışdı. Bu arada “Reuters” agentliyi ABŞ hökumətinin Venesuelaya neft məhsullarının daşınması ilə bağlı 25 ədəd supertankeri və 17 ədəd nisbətən kiçik gəmini sanksiya siyahısına salmaq niyyətində olduğunu xəbər vermişdi. 

Xatırladaq ki, iyunun 2-də OFAC İrandan Venesuelaya neft məhsulları daşıyan 4 şirkəti və 4 tankeri sanksiya siyahısına salıb. Həmin 4 şirkətdən 3-ü Marşall adalarında, 1-i isə Yunanıstanda qeydiyyatdan keçib.

Son xəbərlər

Orphus sistemi