Yuxarı
    Bağlamaq

    ABŞ və Kanadada aktiv neft quyularının sayı sürətlə artır

    Yaxın günlərdə ABŞ-da hasilatın 10 mln. barel/gün səviyyəsini ötməsi gözlənilir

    Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ-da aktiv neft quyularının sayı yanvarın 22-dən 26-na qədərki dövr ərzində 12 ədəd və yaxud 1,6% artaraq 759 ədəd təşkil edib.

    "Report" xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın "Baker Hughes" şirkəti yayıb.

    Məlumata görə, hesabat dövründə ölkədə aktiv qaz quyularının sayı isə 1 ədəd və yaxud 0,53% azalaraq 188 ədədə düşüb. Son nəticədə fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 11 ədəd və yaxud 1,17% artaraq 947 ədəd təşkil edib.

    Ötən ilin eyni dövrü ilə müqayisədə isə ABŞ-da aktiv neft quyularının sayı 193 ədəd və yaxud 34,1%, aktiv qaz quyularının sayı 43 ədəd və yaxud 29,66%, ümumilikdə isə, fəaliyyətdə olan neft-qaz quyularının sayı 235 ədəd və yaxud 33% artıb.

    Xatırladaq ki, 2017-ci il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub və bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,4 dəfə çoxdur. Bu göstərici rekord həddə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 52,8% aşağıdır.

    Qeyd edək ki, ABŞ-da 13-19 yanvar həftəsində neft hasilatı 128 min barel və yaxud 1,31% artaraq rekord səviyyə - 9,878 mln. barel/günə çatıb. Növbəti hesabat həftəsində ABŞ-da neft hasilatının 10 mln. barel/gün səviyyəsini ötməsi istisna edilmir.

    Hesabat həftəsində Kanadada isə aktiv neft quyularının sayı 12 ədəd və ya 5,77% artaraq 220-yə, aktiv qaz quyularının sayı isə 1 ədəd və ya 0,85% artaraq 118-ə çatıb. Qeyd edək ki, əvvəlki həftə Kanadada aktiv neft quyularının sayı 23 ədəd və yaxud 12,4% artaraq 208-ə, aktiv qaz quyularının sayı isə 26 ədəd və ya 28,6% artaraq 117-yə çatıb. İki həftə əvvəl isə Kanadada aktiv neft quyularının sayı kəskin şəkildə, 87 ədəd və ya 88,8% artaraq 185-ə, aktiv qaz quyularının sayı isə 15 ədəd və ya 19,7% artaraq 91-ə çatmışdı.

    "Report"un analitik qrupu hesab edir ki, yaxın 3-6 ay ərzində dünya bazarında neftin 1 barelinin qiyməti 55-73 dollar arasında dəyişəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi