ABŞ və Kanadada aktiv neft quyularının sayı artmağa davam edir

ABŞ və Kanadada aktiv neft quyularının sayı artmağa davam edir Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ-da aktiv neft quyularının sayı yanvarın 29-dan fevralın 2-dək 6 ədəd və yaxud 0,8% artaraq 765 ədəd təşkil edib.
Energetika
3 Fevral , 2018 11:24

Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ-da aktiv neft quyularının sayı yanvarın 29-dan fevralın 2-dək 6 ədəd və yaxud 0,8% artaraq 765 ədəd təşkil edib.

"Report" xəbər verir ki, bu məlumatı ABŞ-ın "Baker Hughes" şirkəti yayıb.

Məlumata görə, hesabat dövründə ölkədə aktiv qaz quyularının sayı 7 ədəd və yaxud 3,72% azalaraq 181 ədədə düşüb. Son nəticədə fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 1 ədəd və yaxud 0,1% azalaraq 946 ədəd təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə ABŞ-da aktiv neft quyularının sayı 182 ədəd və yaxud 31,2%, aktiv qaz quyularının sayı 36 ədəd və yaxud 24,83%, ümumilikdə isə, fəaliyyətdə olan neft-qaz quyularının sayı 217 ədəd və yaxud 29,77% artıb.

Xatırladaq ki, 2017-ci il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,42 dəfə çoxdur. Bu göstərici rekord həddə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 52,45% aşağıdır.

Qeyd edək ki, ABŞ-da 22-26 yanvar həftəsində neft hasilatı 41 min barel və yaxud 0,41% artaraq rekord səviyyə - 9,919 mln. barel/günə çatıb. Növbəti hesabat həftəsində ABŞ-da neft hasilatının 10 mln. barel/gün səviyyəsini ötməsi istisna edilmir.

Hesabat həftəsində Kanadada isə aktiv neft quyularının sayı 14 ədəd və ya 6,36% artaraq 234-ə, aktiv qaz quyularının sayı isə 10 ədəd və ya 8,47% azalaraq 108-ə çatıb. Qeyd edək ki, son 4 həftə ərzində Kanadada aktiv neft quyularının sayı 61 ədəd və ya 57,8% artıb.

"Report"un analitik qrupu hesab edir ki, yaxın 3-6 ay ərzində dünya bazarında neftin 1 barelinin qiyməti 55-73 dollar arasında dəyişəcək.

Son xəbərlər

Orphus sistemi