ABŞ son 60 ildə ilk dəfə xalis qaz ixracatçısı olub

ABŞ son 60 ildə ilk dəfə xalis qaz ixracatçısı olub Bakı. 11 yanvar. REPORT.AZ/ ABŞ 1957-ci ildən sonra ilk dəfə təbii qaz ixracını artıraraq xalis qaz ixracatçısına çevrilib. 
Energetika
11 Yanvar , 2018 20:55
ABŞ son 60 ildə ilk dəfə xalis qaz ixracatçısı olub

Bakı. 11 yanvar. REPORT.AZ/ ABŞ 1957-ci ildən sonra ilk dəfə təbii qaz ixracını artıraraq xalis qaz ixracatçısına çevrilib. 

"Report" RBC agentliyinə istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın Meksikaya maye qaz və qaz satışını artırması olub.

ABŞ-ın 2017-ci ildə xalis qaz ixracı 11 mln. kubmetr/gün təşkil edib. 2016-cı ildə isə ABŞ 50 mln. kubmetr/gün xalis neft idxalçısı olub. Bu barədə məlumatı "Bloomberg" agentliyi ABŞ-ın Energetika İnformasiyaları Agentliyinin (EIA) analitiki Viktoriya Zaretskayaya istinadən bildirib.

"Əsas qaz ixracı Meksika kəməri və tankerlərlə maye qazın daşınmasından əldə olunacaq və gələcəkdə bu trendin inkişafına zəmanət verəcək. Hazırda ABŞ-da yalnız Luizianadakı Sabine Pass maye qaz terminalından qaz ixrac edilir. 2018-ci ildə isə daha iki terminalın açılması gözlənilir. Əvvəllər dünya maye qaz bazarı yaxın üç il ərzində gözlənilən qədər iri həcmdə qaza sahib olmayıb. Bu qazın əsas hissəsi ABŞ-dan təmin ediləcək və qlobal qaz bazarında fundamental dəyişikliyə gətirib çıxaracaq",- V.Zaretskaya deyib.

EİA 2018-ci ildə ABŞ-ın xalis qaz ixracının 64 mln. kubmetr/gün, 2019-cu ildə isə 128 mln. kubmetr/günə çatacağını proqnozlaşdırıb. 2018-ci ildə hasilatın 9,3% və ya 192 mln. kubmetr/gün, 2019-cu ildə isə 3,2% və ya 72 mln. kubmetr/gün artacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi