Yuxarı
    Bağlamaq

    ABŞ şist nefti OPEC qərarına təhlükə yaradır

    ABŞ-ın şist neft hasilatçıları neftin maya dəyərini son iki ildə 2 dəfə azaldıb

    Bakı. 1 dekabr. REPORT.AZ/ ABŞ-ın Bakken hövzəsində bir sıra yataqda hasil olunan neftin maya dəyəri azalaraq İran və İraqda hasil edilən neftin maya dəyərinə yaxınlaşıb. 

    "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, şist neftin maya dəyərinin azalması OPEC-in hasilatı azaltması fonunda ABŞ-da hasilatı artıra bilər.

    Qeyd edək ki, 2014-cü ildən etibarən neft qiymətlərinin azalması səbəbindən ABŞ-ın şist neft hasilatçıları neftin maya dəyərini təqribən 2 dəfəyə yaxın azaltmağa müvəffəq olub. Agentlik qeyd edir ki, neftin qiymətinin kəskin azalması şist neft hasilatçılarının rəqabətqabiliyyətini artırıb. Şimali Dakota ştatının Dann bölgəsində neftin barelinin maya dəyəri 15 dollar təşkil edir. Bu bölgə 5 180 kv. km sahəni əhatə edir və gündəlik hasilat 200 min bareldir. 

    Şimali Dakota ştatının Neft Şurasının prezidenti Ron Ness hesab edir ki, Dann bölgəsinin müvəffəqiyyəti fantastikdir: "Dünyada neftin qiymətinin 45 dollar/barel olması kifayətdir ki, hasilat mənfəət versin. 55 dollar/barel səviyyəsi isə investisiya qoymağa və hasilatı daha da artırmağa imkan verəcək". 

    Qeyd edək ki, hazırda İranın hasil etdiyi neftin maya dəyəri 15,5 dollar/barel, İraqda isə 11,4 dollar/barel təşkil edir.

    ABŞ-ın "Rystad Energy" konsaltinq şirkətinin hesabatına görə, Bakken hövzəsində hasil olunan neftin maya dəyəri orta hesabla 2 dəfə azalaraq 2014-cü ildə 59 dollar/bareldən hazırda 29,44 dollar/barelə enib.

    "Report"un analitik qrupu neft qiymətlərinin hazırda müşahidə olunan artım nəticəsində 53-55 dollar/barel səviyyəsini ötməyəcəyini və 45 dollar/bareldə tarazlanacağını proqnozlaşdırır: "2017-ci ildə isə ABŞ Prezidenti Donald Trampın işə başlamasından sonra tətbiq edəcəyi ticarət məhdudiyyətləri nəticəsində dünya ticarətinin yavaşlaması fonunda neft qiymətlərinin bir qədər də azalması gözlənilir. 

    Ümumiyyətlə, OPEC ölkələrinin hər birinin hasilat kvotasına nəzarət etmək çətin olduğuna görə, onların dünən, noyabrın 30-da Vyanada razılaşdırılan yeni kvotalara riayət edəcəyi gözlənilmir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi