Həsən Ruhani: "İran neftdən bu qədər asılı olmasaydı, ABŞ-ın sanksiyaları daha az təsir göstərərdi"

Həsən Ruhani: "İran neftdən bu qədər asılı olmasaydı, ABŞ-ın sanksiyaları daha az təsir göstərərdi" Bakı. 25 dekabr. REPORT.AZ/ İran neftdən bu qədər asılı olmasaydı, ABŞ-ın sanksiyaları daha az təsir göstərərdi.
Energetika
25 Dekabr , 2018 15:50
Həsən Ruhani: İran neftdən bu qədər asılı olmasaydı, ABŞ-ın sanksiyaları daha az təsir göstərərdi
0 : 00
0 : 00

Bakı. 25 dekabr. REPORT.AZ/ "İran neftdən bu qədər asılı olmasaydı, ABŞ-ın sanksiyaları daha az təsir göstərərdi".

“Report” xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani parlamentdə 2019-cu ilin dövlət büdcəsini təqdim edərkən bildirib.

“Ölkədə özəl bölmənin daha böyük rolu olsaydı, işlərin çoxu özəl bölmənin üzərinə düşsəydi, bu gün sanksiyaların təsiri də indikindən xeyli az olardı. Büdcənin bütün yükünü neft daşımasaydı, sanksiyalar daha az təsir göstərərdi”, - deyən dövlət başçısı ABŞ sanksiyalarından savayı, ölkədəki vəziyyətə təsir göstərən daha bir mühüm amili - iqtisadi sistemin köhnəlmş olmasını qeyd edib.

Belə ki, onun fikrincə, düzgün qurulan iqtisadi sistem neft gəlirlərini nəzərə almadan belə dövlət büdcəsini tərtib etməyə imkan yaradardı.

Xatırladaq ki, bu ilin mayın 8-də ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramına dair sazişi tərk etdiklərini açıqlamış, avqustun 7-də və noyabrın 5-də isə bu ölkəyə qarşı sanksiyaları bərpə etdiklərini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi