​ABŞ Rusiya qazını kəsmək üçün Avropaya xüsusi elçi göndərib

​ABŞ Rusiya qazını kəsmək üçün Avropaya xüsusi elçi göndərib P.Skourtelis Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) fəaliyyətindəki gecikmənin aradan qaldırılmasını istədiyini açıqlayıb
Energetika
17 Oktyabr , 2015 15:25
​ABŞ Rusiya qazını kəsmək üçün Avropaya xüsusi elçi göndərib

Bakı. 17 oktyabr. REPORT.AZ/ ABŞ Rusiya qazının Avropada istifadəsini azaltmaq üçün Yunanıstan-Bolqarıstan boru kəmərinin fəaliyyətini dayandırır. "Report"un Bolqarıstan mediasına istinadən verdiyi xəbərə görə, bu məqsədlə ABŞ-ın enerji məsələləri üzrə xüsusi nümayəndəsi Eymas Haksteyni (Amos Hochstein) Avropaya göndərib.

Məlumata görə, E.Haksteyn artıq Yunanıstanın energetika və təbii sərvətlər naziri Panos Skourletislə görüşüb, bu gün isə Bolqarıstanın enerji naziri Temenuzka Petkova ilə görüşəcək.

P.Skourtelis Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) fəaliyyətindəki gecikmənin aradan qaldırılmasını istədiyini açıqlayıb.

"Layihəni sürətləndirmək və maliyyə yardımı ayırmaq lazımdır" deyə yunan nazir T.Petkova və E.Haksteynlə görüşündən sonra bildirib.

Yunan nazirin sözlərinə görə, bu məsələ ilə bağlı son qərar noyabrda verilə bilər.

Qeyd edək ki, ümumi uzunluğu 180 km olan boru kəməri üçün 2011-ci ildə Yunanıstan-Bolqarıstan birgə müəssisəsi yaradılıb. İtaliyanın "Edison" Enerji Qrupunun da daxil olduğu layihə maliyyə baxımından yubanır.

E.Haksteyn bundan öncə ötən ilin noyabrında ABŞ dövlət katibi Con Kerri ilə Afinaya rəsmi səfərə gəlmişdi.

Xatırladaq ki, IGB Rusiya qazına alternativ olaraq Bolqarıstanın qazla təmin edilməsi üçün hazırlanmış layihədir və hazır olduğunda Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi