ABŞ prezidenti: "Neftin baha olması çox pisdir"

ABŞ prezidenti: "Neftin baha olması çox pisdir" Bakı. 13 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) fəaliyyətindən və dünya bazarında neftin qiymətinin yüksək olmasından narazılıq edib.
Energetika
13 İyun , 2018 17:46
ABŞ prezidenti: Neftin baha olması çox pisdir
REUTERS/ Carlo Allegri
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) fəaliyyətindən və dünya bazarında neftin qiymətinin yüksək olmasından narazılıq edib. 

"Report"un məlumatına görə, dövlət başçısı bu barədə "Tvitter" sosial şəbəkəsindəki səhifəsində yazıb. 

"Neft həddindən artıq bahadır və bu, çox pisdir. OPEC yenidən köhnə işini görməyə başlayıb", - deyə o qeyd edib. 

Xatırladaq ki, D.Tramp buna oxşar açıqlamanı apreldə də paylaşıb və o zaman əmtəə birjalarında neft qısamüddətə ucuzlaşıb. 

Son xəbərlər

Orphus sistemi