ABŞ Polşaya LNG tədarükü üzrə 20 illik müqavilə imzalayıb

ABŞ Polşaya LNG tədarükü üzrə 20 illik müqavilə imzalayıb Bakı. 17 oktyabr. REPORT.AZ/ Polşanın Polskie Gornictwo Naftowe i Gazownictwo (PGNiG) energetika şirkəti ölkəyə ildə iki milyon ton maye təbii qaz (LNG) tədarükü ilə əlaqədar ABŞ-ın Venture Global LNG şirkəti ilə müqavilə imzalayıb.
Energetika
17 Oktyabr , 2018 12:23
ABŞ Polşaya LNG tədarükü üzrə 20 illik müqavilə imzalayıb
0 : 00
0 : 00

Bakı. 17 oktyabr. REPORT.AZ/ Polşanın "Polskie Gornictwo Naftowe i Gazownictwo" (PGNiG) energetika şirkəti ölkəyə ildə iki milyon ton maye təbii qaz (LNG) tədarükü ilə əlaqədar ABŞ-ın "Venture Global LNG" şirkəti ilə müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Polşa şirkətinin rəhbəri Maçey Vojnyak məlumat verib.

"PGNiG 20 il ərzində ölkə daxilindəki istehlakçılar və ya satış üçün ABŞ-dan LNG alacaq", - Polşa şirkətinin yaydığı bəyanatda vurğulanıb.

Təchizat FOB (free on board) formulu üzrə həyata keçiriləcək, başqa sözlə, malların çatdırılması xərcləri satıcının üzərinə düşəcək.

Son xəbərlər

Orphus sistemi