Yuxarı
    Bağlamaq

    ABŞ ordusu neft kəmərinə etiraz edir

    Alternativ marşrutları nəzərdən keçirmək üçün ətraf mühitə təsirlə bağlı rəy bildiriləcək

    Bakı. 5 dekabr. REPORT.AZ/ ABŞ ordusu “Dakota Access” neft kəmərinin Şimali Dakotada nəzarət etdiyi sahədəki hövzənin dibindən keçməsinə icazə verməmək qərarına gəlib.

    “Report” xarici KİV-ə istinadən xəbər verir ki, Stendinq Rok Siu qəbiləsi (Standing Rock Sioux Tribe) "tarixi qərarı" yüksək qiymətləndirib və ABŞ Prezidenti Barak Obamaya sonsuz təşəkkür edib.

    Bunun əvəzinə ABŞ Ordu Mühəndislər Korpusunun alternativ marşrutları nəzərdən keçirəcəyi bildirilib.

    "Bu gün ABŞ Ordu Mühəndislər Korpusu nəzərdə tutulmuş “Dakota Access” kəmərinin Oahe gölündən keçməsinə icazə verməyəcəyini bəyan edib. Əvəzində, Korpus mümkün alternativ marşrutları nəzərdən keçirmək üçün ətraf mühitə təsirlə bağlı rəy bildirəcək", - deyə qəbilənin bəyanatında qeyd olunub.

    Şimali Dakota qubernatoru Cek Darlimpl (Jack Dalrymple) bu qərarı "böyük səhv" adlandırıb.

    Şimali Dakota Respublikaçılar Partiyasının təmsilçisi Kevin Kramer (Kevin Cramer) vurğulayıb ki, Ordu Korpusunun qərarı ABŞ infrastrukturu üçün "dondurucu siqnal" mahiyyəti daşıyır.

    Qeyd edək ki, fəallar neçə aydır gölün dibindən, “Standing Rock Sioux” (Stendinq Rok Siu) rezervasiyasının yaxınlığında 3,8 mlrd. dollarlıq “Dakota Access” boru kəmərinin tikintisinə etiraz edir və layihənin su ehtiyatlarına, eləcə də yerli amerikalıların müqəddəs hesab etdikləri yerlərə təhlükə törətdiyini bildirirlər. Ötən həftə yüzlərlə ABŞ müharibə veteranı fəallara qoşulub. Minlərlə etirazçı şaxtalı havanı bu ərazidə keçirib və bazar ertəsinədək ərazini boşaltmaq əmri alıb.

    “Energy Transfer Partners LP” şirkəti tərəfindən həyata keçirilən 1885 km uzunluğundakı kəmərin yalnız Missuri çayında yaradılmış su anbarı olan Oahe gölünün dibindən çəkilməsi planlaşdırılan qismi istisna olmaqla böyük hissəsi tamamlanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi