ABŞ neftinin qiyməti 14 dollara düşüb

ABŞ neftinin qiyməti 14 dollara düşüb ABŞ nefti yenidən sürətlə ucuzlaşmaqdadır.
Energetika
27 Aprel , 2020 15:49
ABŞ neftinin qiyməti 14 dollara düşüb

ABŞ nefti yenidən sürətlə ucuzlaşmaqdadır.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 15:45-ə olan məlumata görə, Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin iyun fyuçers qiymətləri 16,71% azalaraq 14,11 ABŞ dollarına düşüb.

 London birjasında “Brent” markalı neft isə 3,82% ucuzlaşaraq 20,62 ABŞ dolları olub.

Məlumatlara görə, WTI markalı neftin belə sürətlə ucuzlaşmasının səbəbi tədarük edildiyi Oklahoma ştatındakı Kuşinq (Cushing) neft anbarlarının tezliklə tam dolacağı ilə bağlı narahatlıqlardır.

Aprelin 17-də ABŞ-ın neft ehtiyatları 518,6 mln. barelə çatıb. Ölkədə ən böyük neft ehtiyatları 2017-ci ildə qeydə alınıb - 535 mln.barel.

İngilis versiyası WTI crude price falls to $14

Son xəbərlər

Orphus sistemi