Dünyada neftə gündəlik tələbat avqust ayındakı 93,9 milyon barelə qarşı sentyabr ayında 95,3 milyon barel olub.
“Report” xəbər verir ki, bu barədə ABŞ hökuməti Enerji Məlumatları Administrasiyasının (EİA) aylıq “Short-Term Energy Outlook – October 2020” proqnozunda bildirilir.
“EİA mülahizəsinə görə sentyabrda dünya boyu neft və maye karbohidrogenlərə olan orta gündəlik tələbat 95,3 milyon barel olub. Bu da 2019-cu ilin sentyabrına nisbətən 6,4 milyon barel az olsa da, 2020-ci ilin ikinci rübündəki 85,1 milyon barellik orta qiymətdən və avqust ayındakı 93,9 milyon bareldən daha çoxdur”, – hesabatda qeyd olunur.
Bununla yanaşı 2020-ci il ərzində neftə gündəlik tələbata dair proqnoz da sentyabr ayındakı 93,1 milyon barelə qarşı 92,8 milyon barel (2019-cu ildəkindən 8,6 milyon az) səviyyəsində, 2021-ci ildəki tələbata dair isə müvafiq olaraq 99,6 milyon barelə qarşı 99,1 milyon barel səviyyəsində müəyyənləşdirilib.