ABŞ neft hasilatını genişləndirməyə hazırlaşır

ABŞ neft hasilatını genişləndirməyə hazırlaşır Bununla bağlı xüsusi prezident sərəncamı hazırlanır
Energetika
8 Aprel , 2017 16:59
ABŞ neft hasilatını genişləndirməyə hazırlaşır

Bakı. 8 aprel. REPORT.AZ/ ABŞ-da dəniz şelflərində aparılan qazma işləri ilə bağlı neft şirkətlərinin fəaliyyətini tənzimləyən yeni prezident sərəncamı hazırlanır. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın daxili işlər naziri Rayan Zinkenin (Ryan Zinke) neft şirkətləri ilə mətbuata qapalı olan iclasında iştirak edən 3 anonim iştirakçı məlumat verib.

Görüş zamanı Daxili İşlər Nazirliyinə ABŞ-ın atlantik və arktik sularda neft və qaz hasilatının aparılması üçün icazələrin verilməsi üzrə hərracların keçirilməsi tapşırığının verildiyi bildirilir. Qeyd edək ki, bu, əvvəlki prezient Barak Obamanın bu ərazilərdə hasilat icazələrin verilməsi üzrə hərraclara qoyduğu qadağanın aradan qaldırılacağını göstərir. Bu sərəncamın "Royal Dutch Shell", "Chevron Corp.", "Exxon Mobil" və "Statoil" kimi dəniz qazma işləri aparan şirkətlərin işinə yarayacağı bildirilir. 

Qeyd edək ki, burada söhbət Arktikada 125 mln. akr (500 min kv. km) və Atlantik okeanında 4 mln. akr (16 min kv. km) ərazinin işlənməsindən gedir. Mütəxəssilərin fikrincə, adı çəkilən ərazilərdə 27 mlrd. barel neft və 40 trln. kubmetr həcmində qaz ehtiyatları var var. Sərəncamın qüvvəyə minməsi yaxın gələcəkdə neft-qaz hasilatının artmasına gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi